Azərbaycan-Belçika əlaqələri müzakirə edilib

 

   Mayın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gəlmiş Belçika şahzadəsi Stefani Vindiş-Qrats ilə görüşüb. Nazir qonağa ölkəmizin mədəni həyatı və turizm potensialı haqqında məlumat verib.

   Azərbaycan və Belçika arasında dərin dostluq əlaqələrindən danışan Əbülfəs Qarayev münasibətlərimizin hazırkı inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

   İkinci dəfə keçirilən Bakı Forumuna dəvət olunduğuna görə Azərbaycan tərəfinə minnətdarlığını bildirən Stefani Vindiş-Qrats Belçika Krallığının ölkəmiz ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

   Görüşdə qarşılıqlı anlaşmadostluq prinsiplərinə əsaslanan Azərbaycan-Belçika əlaqələrinin böyük perspektivləri olduğu qeyd edilib, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2013.- 31 may.- S. 4.