Mədəniyyətlərarası musiqi mübadiləsi

 

Bakı Forumu ilə bağlı Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

  

   Mayın 30-da “Buta” sarayında Azərbaycan hökuməti adından II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

   Əvvəlcə dünya şöhrətli caz musiqiçisi Kristof Gozenin hazırladığı “Mədəniyyətlərarası musiqi mübadiləsi” kompozisiyası nümayiş olunub. On altı dəqiqəlik kompozisiyada dünyanın müxtəlif musiqi mədəniyyəti elementləri təqdim edilib.

   Sonra Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkil etdikləri müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edilib ki, müsabiqə II Bakı Forumunun “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamadevizinin mahiyyətinə uyğun şəkildə keçirilib. Burada əsasən Ərəb Liqasına üzv dövlətlər və Mərkəzi Asiya ölkələri iştirak ediblər. İlk dörd yerə Fələstin, Livan, Misir və Tacikistanın təmsilçiləri layiq görülüblər. Qaliblərə diplompul mükafatı təqdim edilib.

   Mərasimdə çıxış edən qaliblər Forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və Azərbaycan hökumətinə dərin minnətdarlıqlarını bildiriblər.

   Ziyafət konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2013.- 31 may.- S. 5.