Heydər Əliyev Sarayı uşaqları sevindirdi

 

Mayın 25-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş böyük konsert proqramı təqdim olundu.

  

   Sarayın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən söz açıldı. Bildirildi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan bu əlamətdar gün, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd olunur.

   Sonra konsert proqramı təqdim olundu. Aparıcı Xalq şairi Məmməd ArazınAzərbaycanşeirini söylədikdən sonra səhnəyəAsimanrəqs qrupu çıxdı. Balaca istedadların ifasında milli xarici ölkə xalqlarının rəqs nümunələri, xüsusilə özbək rəqsi alqışlarla qarşılandı. Natiqrəqs qrupunun balaca rəqqasları da səhnədə öz bacarıqlarını nümayiş etdirdilər.

   Konsertdə rəqs qrupları ilə yanaşı, Şaolin Bədii Gimnastika federasiyalarını təmsil edən idmançı uşaqlar da çıxış edirdilər. Kiçik idmançıların göstərdikləri nömrələr isə zalda toplaşan oğlan uşaqlarının daha çox ürəyincə oldu.

   Rəqs idman nömrələrindən sonra səhnəyə gələn gözbağlayıcı göstərdiyi illüziya şousu ilə uşaqları başına topladı. Balacalarla birlikdə təqdim etdiyi illüziya nömrələri tədbirə əlavə rəng qatdı.

   2011-ci il “Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov bu il müsabiqədə ölkəmizi uğurla təmsil edərək ikinciliyə layiq görülən Fərid Məmmədovun çıxışları zalda əsl canlanma yaratdı. Uşaqlar sevimli müğənnilərinin ifasını alqışlara qərq edərək onlarla xatirə şəkilləri çəkdirdilər. Hər iki müğənninin balacalara isti münasibəti, səmimiyyət mehribanlığı isə xüsusilə alqışa layiq idi.

   İki saat davam edən konsertAsimanqrupunun rəqsi ilə bitdi. Qeyd edək ki, hər il ənənəvi olaraq təşkil edilən konsert proqramına kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunmuşdu.

  

   Nigar İxtiyarqızı

 

Mədəniyyət.- 2013.- 31 may.- S. 10.