Dünyanın musiqi filmləri turu

 

   II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən mədəni tədbirlər sırasındaDünyanın musiqi filmləri turuproqramı da yer alıb.

   Mayın 28-də Dənizkənarı Milli Parkda açıq səma altında qurulmuş böyük ekranda filmlərin nümayişi başlanıb. İlk günün proqramına “Bu kimin mahnısıdır?” (Bolqarıstan), “Musiqini susdurmaq” (Böyük Britaniya, Əfqanıstan) Kolombiana” (ABŞ) filmləri daxil edilib.

   Dünyanın musiqi filmləri turuiyunun 1-dək davam edəcək. Şəhər sakinləri proqrama daxil edilmiş digər ölkələrin film nümunələrinə tamaşa edərək Argentina tanqosu, Balkan yarımadasındakı dövlətlərdə yayılmış türk musiqisi, ənənəvi ərəb musiqisi, Alim Qasımovun ifasında Azərbaycan muğamı bir çox başqa xalqların folklor musiqisi nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar.

   Proqrama daxil olan dünya xalqlarının etnik ənənəvi musiqisinə həsr olunan filmlər Azərbaycan, Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan, Böyük Britaniya, ABŞ, Mərakeş, Meksika başqa ölkələrdə çəkilib. Film nümayişlərinə bu ölkələrin kino musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər daxil edilib.

 

   Nigar

 

Mədəniyyət.- 2013.- 31 may.- S. 12.