Heydər Əliyev Sarayında yubiley tədbiri

 

   Heydər Əliyev Sarayında ulu öndərin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev tədbirdə çıxış edərək ümummilli liderin mədəniyyət və incəsənət xadimlərin göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, dahi rəhbərin hakimiyyəti illərində dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş dahi sənətkarlarımızın təntənəli yubileyləri keçirilib, milli musiqimiz, kino, teatr və ədəbiyyatımız geniş inkişaf yolu keçib.

   Natiq həmçinin bu günlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da 90 illik yubileyinin yüksək səviyyədə keçirildiyini qeyd edərək onun Azərbaycan və dünya tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişməsindəki xidmətlərindən danışıb.

   Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs ediblər. Vurğulanıb ki, ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Tədbirdə “Heydər Əliyev - 90” sənədli filmi nümayiş etdirilib.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 4.