Antalya və Bakı “Skal” klubları rəhbərləri Almatıda görüşüblər

 

   Aprelin 24-dən 26-dək Qazaxıstanın Almatı şəhərində keçirilən «KİTF-2013» beynəlxalq turizm sərgisi çərçivəsində «Skal Bakı» Turizm Professionalları Assosiasiyasının prezidenti Ruslan Quliyev «Skal Antalya» klubunun başqanı Umman Çetinbaşla görüşüb. Ruslan Quliyevin sözlərinə görə, görüş zamanı əsasən Azərbaycanda və Azərbaycan üzərindən MDB məkanında yeniSkal” klubların yaradılmasına diqqət çəkilib.

   Həmsöhbətim qeyd etdi ki, Antalya və Bakı “Skalklubu 2010-cu ildə əməkdaşlıqla bağlı müqavilə imzalayıb: «Skal-İnternational» təşkilatında belə bir təcrübə var. Müxtəlif şəhərlərin «Skal» klubları bir-birinin təcrübəsindən yararlanmaq məqsədilə saziş imzalayırlar. Bu, onlara öz işlərini lazımi səviyyədə qurmağa, turizm sahəsində baş verən yenilikləri tətbiq etməyə imkan verir».

 

 

   Fəxriyyə

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 7.