Ali Eşq dili

 

   Yalnız könüllərə çaxan sənət şimşəyi, ürəklərə axan məhəbbət seli

  

   Əlbəttə, Məhəmməd Füzuli!..

   Başdan-başa Eşqi-Ali. Bəşərin yaranışından bəri ayrı-ayrı “ikilik”lərdə cilvələnən bir hissin küll-vəsfkarı. Beş yüz ildir - elə əzəldən bir “ustadı”, “bünyadı” olmamış bu “əql tədbiri” aləminin qələm hökmdarı. Bu məktəbsiz-mədrəsəsiz qəlb “elm”inin könül alimi. “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!”, “Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?” kimi fikirlər mütəfəkkiri...

  

   Bu ustadlar ustadı bütün yaradıcılığı boyu ali dərd öyüb, kədər çağlayıb. Cavabını hər kəsdən yaxşı bildiyi suallar qoyub, hamıdan gözəl heyran qaldığı heyrətlər yaradıb. Amma özünü heç bir özgədən ayırmayıb, “qələm əlində” ola-ola, - şəxsini heç bir bəndədən yuxarı yazmayıb. Eşq yolunda nə qədər bəlalar çəkib, di gəl bircə kərə yar qarasına bircə para qınaq çıxıbmı dilindən? Əksinə, ”Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni” - deyib. Özü də “rəbbini rəncidə” edənlərdən olmayıb. Eşqin “ah quyuları”nda nağılların “yandım, çəkin”inə, dastanların “səbəbkarı dara çəkin”inə işarət etməyib. Hər “dərdü-möhnəti”, hər müşkülü “dırnaqım ilən” aşırıb. Hamısını da böylə bir xitab ilə:

  

   “Ey Füzuli!”

  

   Bu xitabın özü də bir şeir, qəzəl tutumunda, ey oxucu! Və elə mən də bu səsləniş havasında.

  

   Ey Füzuli, sənin -

  

   “Xəlqə ağzın sirrini hər dəm qılır izharı söz,

   Bu nə sirdir kim, hər ləhzə yoxdan olur var, söz?..” -

  

   fikrindən sonra, yoxdan var olmur axı, söz!..

   Bu hesabla Sənin sidqin qədər artmış olur, ustad?! Bunun qədər-miqdarını hesablamaqçün media, ədəbiyyat, dil institutları kontingentlərinin, sözün başına oyun açan bəzi ədib-ədəbiyyat agentlərinin, böyük isimlərin baş hərflərini kiçik, saqqız-paraşokları isə böyük hərflərlə yazan TV-çilərin cəmi statistikası bəs edərmi? Hələ bu “...hər ləhzə yoxdan olur varrəmzini necə bəzmi-həzm etməli? Yəni doğrudanmı, Sən bu möcüzələri yazmağa başlamazdan beş-on ləhzə öncə bu sözlər yerli-dibli yox imiş? Yəni, necə, - bütün bunlar birdən-birə, lapdan var olublar?

   Görəsən, bu iki misra da yoxdan var olubmu ki:

  

   Məndə Məcnundan füzun aşiqlik istedadı var,

   Aşiqi-sadiq mənəm - Məcnunun ancaq adı var”?

  

   Aşiqliyi istedad adlandırmaq ayrıca bir möcüzə deyilmi, ey sənət Möcüzəsi?!

   Əcəba ( əstəğfürullah), sanki haqdan gələn:

  

   Gər dersə Füzuligözəllərdə vəfa var”,

   Aldanma ki, şair sözü, əlbəttə, yalandır

  

   kimi sözlər necəyoxdan varola bilər?

   Eyrindü-şeyda”, “hər işi xəlqə rüsva”! SəninSorsalar, bu sevdadırehtimalın həmişə tətikdə olan bir atəş lüləsi deyilmi? bu məntiqi-sevdadırdeyə sorasıların xatirinə, helmi yanaşma iləelmi anlaşma” qatıb-qarışdırmamaq da mümkünmü? Deyirsən; “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Deməli, ? Gözəllərdə vəfa yoxdur? Buna necə inanmalı? Axı buyoxdur”un özünü yalançışair deyir! Beləliklə, gözəllərdə vəfa var yoxdur, yoxdur var, var yoxdur... Bu məntiq sillagizmi, həndəsi silsilə, ədəbi-əbədi zəlzələ?!.

   Səndə sözlər nazənin ədalı, fikirlər bülbüli-şeyda sədalı, mətləb-məramlar ecazi-laübalı! Hələ vurğu-durğu işarələri! Onların hamısı öz yerindədir - təqtilərə münasib, ritmlərə müntəzirdir. Sual işarələri isə... Bunların bir yarısı incə-mincə gəlin kimi, bir parası bığ yeri yenicə tərləmiş oğlan sayaq, “çiçəyi burnunda qızmisallı.İnanarmı, inanmazmı?”, “Usanarmı, usanmazmı?”, “Məni bimar sanmazmı?”, “Muradım şəmi yanmazmı?”.

   Sənin bueşq balası eşqtimsallı şeirinin əvvəlində verdiyin sualı mənqəsdənaxıra saldım (bir az da Sənin müasir əziz-xələfin ŞəhriyarınGözəllərin axıra qalmışıydımisrasının təsiri səbəbindən). Deyirəm, gör, Səni candan usandıran, verdiyi cəfadan isə usanmayan o gözəl Səndə bu qədər hicr simptomları yaratmasaydı, bu atom-misralar yaranardımı?

   Gəl, SəninMənə tən eyləyən qafil, Səni görgəc utanmazmınəzmini nəsrə çəkək. Bəli, bütün saili-qafillər, “eybicuətrafın Sənə tənə edir ki, bu yaşda, bu başda, bu nam-nişanda adamsan, var, nolub, hansısa bir Yardan ötrü bu qədər ahu-zar edərlərmi?! Başqa aşiqlər bu tənələri necə qarşılardı, cavablar verərdilər, görəsən? Sənsə; “Səni görgəc utanmazmı?..Sən ki bu bir kitablıq kommentarini üç kəlmədə, on doqquz hərfdə bu cür şərhi-bəyan edə bilmisən, dünyanın bütün əğyar hərifləri, huri-ədəbiyyatşünasları yığıla, Səni nəinki Azərbaycan, Turan, Şərq şeriyyətinin, heç dünya poeziyasının da baş kürsüsündən, “Birinci”lik nominasiyasından endirə bilməz, ey Xocam, ey Ucam! Çünki Sən bu mətləbi heç kimin ifadə edə bilməyəcəyi yığcamlıqda, İlahi mübhəmlikdə, ali məhrəmlikdə deyə bilmisən. Sən, bütün başqalarından fərqli olaraq, nida ilə utandırılasılara bir suallıq möhlət verib, barışıq yeri qoymusan. Sən məsələyə hamıdan - bütün didaktiklərdən, patetiklərdən fərqli baxaraq, tutalım, “əgər tənəçilər mənim yarımın necə gözəl, hədsiz cazibədar, füsunkar, işvəkar, can alan, “qan salan”, filan-filan olduğunu bilsəydilər, mənə - niyə bu qədər qəm eləyirsən, hicrdən nəm çəkirsən, bizi şahid tutuban, özünü şəhid edirsən, - deməzdilərkimi təbiət təsvirləri, cəmiyyət təfsirləri işlətməmisən. Üçcə kəlmə ilə - bəşərin əzəli əbədi atributu olan aşiq-məşuq, sevgi-məhəbbət dramındakı tənə, dedi-qodu səhnəsini gözəlliyin qələbəsilə, özünün qalibliyinlə qapatmısan: “Səni görgəc utanmazmı?”!..

 

    Nalədəndir ney kimi...

  

   ...avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd”!

   Mənim özümün bu misralara əşhədi-heyrətim var, ancaq Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin Rza - Zeynal Məmmədov - Şahmar Əkbərzadədən ibarət o vaxtkımilli beşliknam-nişanlı kişilərin iyirmi yeddi il bundan əvvəl Ağdamın Abdal-Gülablı sanatoriyasındakı növbətiFüzuli söhbətləri”ndə edilən bir heyrəti xatırlatmağı daha yey hesab edirəm.

   Məclis arəstə, söhbət ahəstə, həmsöhbətlərFüzuliyi-xəstə”. Ətraf meşədə bülbüllər oxuyur bu dəfə Qədir Rüstəmovun da iştirak etdiyi məclis başdan-başa Füzuli qoxuyur. Mənsə, bu Gülüstan şair haqda bədahətən ( başdan-başa məlahətən!) deyilən sözləri, fikirləri gülləyib, yaddaşıma köçürürəm.GələndəMəhəmmədgəldin dünyaya, GedəndəFüzuligetdi dedilər”, “Sənət göylərində üzür Füzuli, Sənət göylərindən öz qələmiylə Al-əlvan çiçəklər üzür Füzulimisralarını söyləyib, üzünü müəllifə tutan Nurəddin: “Bəxtiyar müəllim, sən bizim bu Eşq mücəssəməmiz haqda çox yaxşı misralar yazmısan, amma, təəssüf, çox az yazmısan...”. Bəxtiyar: “Əksinə, Nurəddin həkim, çox yazmışam, amma yaxşı yaza bilməmişəm. Əgər bircə dəfə mənim başıma Füzuli eşqi vursaydı, mən ona layiq bir şey yaza bilərdim!”.

   Xudu: “Bu doyulmaz şairin hər misrası gəlin köçəsi qızlarımızçün cehizlikdir, bəy ərənlərimizə pak sevgilər aşılayan mənəvi dərslikdir, qocalar-qarılar üçün bu dünya behiştliyidir...”

   Bayaqdan üzündəşeytanibir təbəssüm gəzən Şahmar: “Ay Xudu müəllim, ay sirri-Xuda, sənin bucehizlik”, “dərslikqənaətlərinə cınqılı bir əlavəm var... - Xudu müəllimin gülümsəyərək səsləndirdiyi, yenə sonbeşiyimizin xatakarlığı tutubreplikasından sonra, Şahmar sözünə davam edir: - Yəni bu yan-yörəmizdəki cavan-comrullara elə gəlməsin ki, Füzuli babaları da, başqaları kimi, yalnız öyüd-nəsihət verən, “müsbət qəhrəmanlıqtəlqin edən, dünyəvi eşqi, əda-qidalarının çoxusu gizlin, azısı aşkar olan sevgi-məhəbbəti yarlara yasaqlayandır. Yox, “Leyli Məcnun”dakı bir səhnəni bir az nəsr, bir az nəzmlə ifadə edirəm: məktəbdə onlar səf-səf düzülüb edəndə sərəfraz, qızlar oğlanlara satanda işvəvü-naz, oğlanlar necə səbr pişə qılsın gər səbri olsa, nişə qılsın?!”

   Hamı dərin ehtiram, klassik abır-həya ilə gülümsünür, dəruni feyz anları yaşanır nəhayət, öz aralarındabeşliyin filosofuadlandırdıqları Zeynal: “Görəsən... Füzuli zərif cinsin nümayəndəsi olsaymış da, bu əndazəli eşqə duruş gətirə, o dünyaya bu sayaq əxlaq, dözüm, həya bakirəliyilə köçə bilərdi?..

   Ey Füzuli!

   O vaxtkı o sual kiminsə kimdənsə cavab gözlədiyi suallardan deyildi. O sual Sənin indiyəqədərki innənsonrakı milyonlarla, milyardlarlafəqiroxucularından birinin Sənə dair növbəti heyrətlərindən biri idi.

   Eyah”ı da hisslərin gözəlinə, aşiqliyin qəzəlinə sevirmiş qeyri-əfsanəvi, var olmuş olası Məcnun! Bizi bütün gələcəklərin oxucularını yeni-yeni irfan-idrak tilsimlərinin açılımına doğru aparan, beş yüz on doqquzuncu ad gününü qutladığımız ulu əbədi olu babamız, bütün fələklər şahiddir ki, Sənin muradının şamı bütün alovlardan gur yanır dünya durduqca da yanacaq!..

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 13.