Şəhər olimpiadası başa çatıb

 

   Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və uşaq musiqi və incəsənət məktəbləri Direktorlar Şurasının təqdimatı ilə musiqi nəzəriyyəsi fənləri üzrə üçüncü şəhər olimpiadası keçirilib. İdarədən bildiriblər ki, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş olimpiada dörd mərhələ üzrə reallaşdırılıb.

   Olimpiadanın yekunlarına görə, birinci yerə K.Səfərəliyeva adına 16, ikinci yerə Niyazi adına 22, üçüncü yerə isə C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəblərinin şagirdləri layiq görülüblər. Yekun turuna keçmiş digər yeddi məktəbin şagirdləri mayın 4-də Filarmoniya bağında keçiriləcək kitab bayramında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərman və diplomları ilə mükafatlandırılacaqlar.

 

 

   Mədəniyyət.- 2013.- 3 may.- S. 3.