İki dahinin dostluğu

 

   Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə L. və M. Rostropoviçlərin ev-muzeyində mayın 7-də “Açıq qapı günüelan edilib. Həmin gün Bakı Musiqi Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri, “Avropaliseyi, 189 nömrəli orta məktəbin şagirdləri muzeyi ziyarət ediblər. Paytaxtımızın əcnəbi qonaqları da muzeydə olublar. Qonaqlar üçün “Heydər Əliyev və Mstislav Rostropoviçin dostuq əlaqələri” mövzusuna ekskursiya keçirilib, bu iki dahi insan arasında ötən əsrin 70-ci illərindən başlamış mehriban münasibətlərdən söz açılıb. Bildirilib ki, Heydər Əliyev sovet Azərbaycanının rəhbəri olanda Rostropoviçin sıxışdırıldığı çətin dövrdə onu Bakıya dəvət edərək, konsertlərini təşkil edib. Bu dostluq Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə daha da möhkəmlənib.

   Qonaqlar iki böyük şəxsiyyətin bir-birilərinə yazdıqları məktublar, sənədlər və fotoşəkillərdən hazırlanmış sərgiyə tamaşa ediblər. “Heydər Əliyev və Mstislav Rostropoviç” adlı sənədli filmmaraqla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 5.