“Mən fəxr edirəm ki, azərbaycanlıyam!”

 

   Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Kainat” Gənclik Mərkəzi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.

   Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə müsabiqənin qaliblərini təqdim edib. Onların sırasında İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci beynəlxalq festival-müsabiqəsində kiçik yaş qrupunda birinci yeri tutmuş Ayxan Bünyadzadə də var. Ayxan Bünyadzadə tədbirdə muğam parçası ifa edib.

   Gənc yazar Samir Sayadoğlu ümummilli liderə həsr olunmuş şeirlərini oxuyub. Arifə Nuri ona qalib adı qazandıran “Baba Heydər zirvəsi” şeirini təqdim edib. Turan Əhmədov və Gülsüm Niftəliyeva da müsabiqənin qalibləri olub. Qaliblərin hər birinə diplommükafat təqdim edilib.

 

 

    Mədəniyyət.- 2013.- 8 may.- S. 10.