Vətən üçün doğulan oğul

 

   Mayın 4-də İstiqlal Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin 90 illik yubileyinə həsr olunmuşVətən üçün doğulan oğuladlı tədbir-sərgi keçirildi.

  

   Mədəniyyət Turizm Nazirliyi İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən sərgidə ilk dəfə olaraq Mehdi Quliyevə aid muzeydə saxlanılan fotoşəkillər, orden, medal digər sənədlər nümayiş olundu.

   Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin ötən əsrin ağır-amansız illərində - II Dünya müharibəsində böyük rəşadət yolu keçdiyini vurğuladı.

   Muzeyin elmi-ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova çıxış edərək qəhrəmanın həyat yolundan danışdı. Bildirdi ki, Mehdi Nadir oğlu Quliyev 5 may 1923-cü ildə Gədəbəy rayonunun Əriknaz kəndində anadan olub. Orta təhsilini başa vurub Bakı şəhərinə gəlib. 1942-ci ildə Sovet Ordusu sıralarına çağırılıb, alman faşist qəsbkarlarına qarşı müharibədə fədakarlıq nümunəsi göstərib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 17 noyabr tarixli fərmanı ilə Kerç yarımadasında gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıq igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

   Mehdi Quliyev 1947-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Bakı şəhər komendantının köməkçisi, Respublika Ehtiyat Əmək Qüvvələri İdarəsinin şöbə müdiri işləyir. 1951-ci ildə daxili işlər orqanlarında fəaliyyətə başlayır, kiçik leytenant rütbəsindən milis polkovniki rütbəsinədək yüksəlir. 1968-ci ildən Daxili İşlər Nazirliyi İdarədənkənar Mühafizə İdarəsinə rəhbər təyin edilib ömrünün axırınadək bu vəzifədə çalışıb. O, dəfələrlə Bakı rayon xalq deputatları sovetlərinin deputatı seçilib. “Daxili İşlər Nazirliyinin əməkdar işçisinişanı ilə təltif edilib. Adı SSRİ Daxili İşlər NazirliyininŞərəf kitabı”na yazılıb. “Lenin” ordeni, iki dəfəQırmızı ulduzordeni, “İgidliyə görə digər dövlət təltiflərinə layiq görülüb. 1976-cı il yanvarın 26-da vəfat edib.

   Şair İlyas Tapdıq çıxış edərək Mehdi Quliyevlə bağlı xatirələrini bölüşdü, onun çox səmimi təvazökar bir insan olduğunu dedi: “Onunla ilk görüşüm heç yadımdan çıxmır. Yaz vaxtı idi, Gədəbəyə gedirdim. Bizim maşından qabaqda başqa bir maşın irəliləyirdi. Qəflətən necə oldusa maşın yoldan çıxıb aşdı. Biz maşını əyləyib tez aşağı düşdük. Yaxınlaşıb qapını açdıq içəridəki adamları kənara çıxaranda Mehdi Quliyevi gördük. Xoşbəxtlikdən heç bir şey olmamışdı. Gədəbəydə onun büstü ucaldılıb, onun adını daşıyan orta məktəb fəaliyyət göstərir, Mehdi Quliyev kimi qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayır”.

   Gədəbəy Rayon Mədəniyyət Mərkəzinin direktoru Etibar Əliyev digər çıxış edənlər Mehdi Quliyevin fədakarlıq dolu həyat yolundan danışdılar.

   Sonda Sovet İttifaqı Qəhrəmanının oğlu Sabir Quliyev çıxış edərək tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi. Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri Polis Akademiyasının tələbələri iştirak edirdi.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 10.