Qubada kitab bayramı

 

   Mayın 2-də Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VI kitab bayramı keçirilib. Quba meydanı”ndakı parkda keçirilən tədbirdə mədəniyyət, təhsil, səhiyyə işçiləri, gənclər, ziyalılar, ağsaqqallar, şagirdlər iştirak ediblər.

  

   Mədəniyyət turizm şöbəsinin müdiri Elxan Məhərrəmov iştirakçıları salamlayaraq ənənəvi kitab bayramının rayonun mədəni həyatına daxil olan əlamətdar tədbirlərdən biri olduğunu deyib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev respublikamızda kitabxanaların, nəşriyyat işinin inkişaf etdirilməsində ulu öndərin əvəzsiz xidmətlərindən söz açıb, bu gün Prezident İlham Əliyev tərəfindən bu sahəyə diqqət qayğı göstərildiyini vurğulayıb.

   Tədbirin qonağı olan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov ümummilli liderin kitabın, mütaliənin əhəmiyyəti barədə tövsiyələrini yada salıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

   Sonra bir neçə nəfər kitabxana işçisi rayon mədəniyyət turizm şöbəsi tərəfindən kitabxana sahəsindəki səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub. Tədbir konsert proqramı ilə davam edib. Uşaq yaradıcılıq mərkəzinin rəqs qrupu, uşaq incəsənət məktəbinin nağaraçılar skripkaçılar qrupu, 2 saylı uşaq bağçasının körpə fidanları, B.Səfəroğlu adına mədəniyyət evinin zurnaçılar xalq çalğı alətləri ansamblı, uşaq musiqi məktəbinin kollektivinin, 2 saylı texniki təmayüllü liseyin, Qırmızı Qəsəbə Amsar kənd məktəbləri şagirdlərinin çıxışları maraqla qarşılanıb.

   Kitab bayramında müxtəlif dillərdə 1000-dən artıq nəşrTarix yaradan şəxsiyyət”, “Doğma Qarabağım”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz s. başlıqlar altında oxuculara təqdim edilib. Tədbirdə oxucuların yerli yazarlarla görüşü gerçəkləşib. Sonda MKS-nin direktoru Saməddin Nəsirov bu qəbildən tədbirlərin bundan sonra da davamlı olaraq kitabxana filiallarında keçiriləcəyini bildirib.

 

 

    Mədəniyyət.- 2013.- 8 may.- S. 15.