Ağdaşda Cabir Novruzun 80 illiyi qeyd olunub

 

   Ağdaş şəhərindəki Habil Əliyev adına uşaq musiqi məktəbində Azərbaycan oxucusunun qəlbində taxt quran unudulmaz şairimiz Cabir Novruzun (1933-2002) anadan olmasının 80 illiyi münasibətilə musiqili ədəbi-bədii gecə keçirildi. Tədbirdə mədəniyyət turizm şöbəsinin müdiri T.Əliyev, inspektor İ.Vəliyev, icra hakimiyyətinin məsul işçisi M.Hacıxanov başqa rayon rəsmiləri, mədəniyyət işçiləri, məktəblilər iştirak edirdilər.

   Mərkəzləşdirilmiş Kitabxana Sistemi, uşaq musiqi məktəbi rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri MKS-nin direktor müavini S.İbrahimova açaraq Xalq şairinin həyat yaradıcılıq yolu, ədəbi ictimai fəaliyyəti barədə məlumat verdi.

   Tədbir şairin səsində lentə alınmışSağlığında qiymət verin insanlara!” adlı məşhur şeiri ilə davam etdirildi. Musiqi məktəbinin xor kollektivi şairinTələbəlik illərimahnısını iştirakçılara ərməğan etdi. Cabir Novruzun kitabxananın fəal oxucuları tərəfindən söylənilənSevin Azərbaycanı!”, “Sən elə bir vaxtda rast gəldin mənə...”, “Eşq, məhəbbət ölməyəcək digər şeirləri böyük maraqla dinlənildi. Ceyhun Vahabovun ifasındaBulaq suyu, dağ havası”, Samit Əliyevin təqdim etdiyiCavanlığım”, “Məhəbbət”, Şahin Bəkirovun ifasındaSevgi bayatılarımahnıları rəğbətlə qarşılandı. Sonda tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış oldular.

 

 

   Xuraman Səmədova,

   Ağdaş rayon MKS-nin əməkdaşı

 

  Mədəniyyət.- 2013.- 8 may.- S. 15.