Turizm İnstitutunda ingiltərəli professorla görüş

 

   Azərbaycan Turizm İnstitutunda tələbələrin Böyük Britaniyanın Durham Universiteti Saint Mary Kollecinin direktoru, sosial üzrə professor Saymon Hakettlə görüşü keçirilib. Azərbaycan Sosial İş İctimai Birliyi ilə birgə təşkil olunan görüş dialoq-müzakirə formasında gerçəkləşib. Tələbələrin ingilis dilində öz fikirlərini sərbəst ifadə etmələri, düşüncələrindəki sərbəstlik qonaqda xoş təəssürat yaradıb. Saymon Hakett ATİ tələbələrinin bilik səviyyəsindən razı qaldığını xüsusi vurğulayıb. O, görüşə görə təşəkkürünü bildirərək belə dialoq-müzakirələrə hər zaman hazır olduqlarını deyib.

 

 

   Fəxriyyə

 

    Mədəniyyət.- 2013.- 15 may.- S. 6.