Muzey işçiləri dahi rəhbərin xatirəsini yad ediblər

 

   Mayın 10-da L.və M.Rostropoviçlərin, Səməd Vurğunun ev-muzeylərinin və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin ev-muzeylərinin yaranmasında rolumövzusunda tədbir keçirilib.

   L. və M.Rostropoviçlərin ev-muzeyində keçirilmiş tədbirdə N.Nərimanov, S.Vurğun, C.Məmmədquluzadə, A.Şaiq, C.Cabbarlı, M.S.Ordubadi və L. və M.Rostropoviçlərin ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Foyedə təşkil olunmuş ev-muzeylərinin eksponatlarından ibarət sərgi maraqla qarşılanıb.

   L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova ümummilli liderin elmimizə və mədəniyyətimizə göstərdiyi qayğıdan danışıb.

   Tədbirdə “Heydər Əliyev və dahi musiqiçinin dostluğu”, “Heydər Əliyev və Səməd Vurğun”, “Heydər Əliyev və Cəlil Məmmədquluzadənin ev-muzeyi”, “Azərbaycanın bəzi bölgələrində Heydər Əliyev mərkəzləri”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələr dinlənilib.

 

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 13.