Bakıda Kolumbiya rəqs qrupunun konserti

 

   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Kolumbiyanın “Fundacion Delirio” rəqs kollektivinin “Hecho en Cali” qrupunun konserti olub. Tədbir Kolumbiyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin təşkilati dəstəyi ilə gerçəkləşib.

   “Fundacion Delirio” rəqs kollektivinin Azərbaycana növbəti səfəri noyabrda baş tutacaq. Yaradıcı heyət burada daha uzun müddət qalıb, Azərbaycanın milli rəqsləri ilə tanış olub, rəqs kollektivləri ilə birgə konsertlər təşkil etmək fikrindədir.

 

 

    Mədəniyyət.- 2013.- 17 may.- S. 5.