Ömrün 60-cı baharı

 

   Heydər Əliyev Sarayının direktor müavini-baş mühəndis Vaqif Məmmədovun 60 yaşı tamam olub. Vaqif Qurban oğlu Məmmədov 1953-cü il mayın 5-də anadan olub. 1971-1976-cı illərdə Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1980-ci ildə ölkənin əsas konsert-tamaşa müəssisəsi olan indiki Heydər Əliyev Sarayına elektromexanika xidmətinin elektromexanik mühəndisi vəzifəsinə işə qəbul olunub. Sonralar elektrotexnika xidmətinin rəisi, baş energetikbaş mühəndis vəzifələrində çalışıb. 2009-cu ilin yanvarında direktor müavini-baş mühəndis vəzifəsinə təyin olunub.

   Vaqif Məmmədov uzun illər bu mədəniyyət müəssisəsində bir çox dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli, ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirib. Gənc kadrların yetişdirilməsində, onların bu işdə püxtələşməsində müstəsna xidmətləri olub. Göstərdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib, bir neçə dəfə fəxri fərmanlarla, diplomlarla təltif olunub.

   Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi yubileyi münasibətilə Vaqif müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömüryeni uğurlar arzulayır. Biz də “Mədəniyyət” qəzeti olaraq bu təbriklərə qoşulur, yubilyara ömrün növbəti baharlarını da ruh yüksəkliyi, nailiyyətlərlə qarşılamağı diləyirik.

 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 6.