Kürdəmirdə Məmməd Araz gecəsi

 

   AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə XX əsr söz sənətimizin görkəmli nümayəndəsi Məmməd Arazın 80 illik yubileyi münasibətilə rayon Mədəniyyət evində ədəbi-bədii məclis keçirildi.

   Məclis 1995-ci ildə Məmməd Arazın yaradıcılıq gecəsində şairin çıxışının videogörüntüsü ilə açıldı.

   Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev tədbir iştirakçılarını salamlayaraq böyük şairin yubileyi ilə bağlı rayona gələn qonaqlara minnətdarlığını bildirdi.

   Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, yazıçı-publisist, millət vəkili Aqil Abbas, Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək Məmməd Arazın yaradıcılığından söhbət açdılar, xatirələrini danışdılar.

   Xalq artisti Nurəddin Mehdixanlının, Əməkdar artist Əli Nurun ifasında böyük şairin poetik nümunələri alqışlarla qarşılandı. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibləri Nigar Şabanova və Mirələm Mirələmov muğamlarımızdan parçalar ifa etdilər.

   Məclisdə Kürdəmir rayon 1 saylı orta məktəbin şagirdlərinin ifasında Məmməd Araz şeirlərindən ibarət kompozisiyarayon incəsənət məktəbinin müəllim və şagirdlərinin təqdim etdikləri musiqi nömrələri də tamaşaçıların ürəyincə oldu.

  

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

   Mədəniyyət.- 2013.- 22 may.- S. 15.