Əsrin bəlasına qarşı sağlam həyat tərzi

 

   Azad Gənclər” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz regionlarda QİÇS görmürük” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları XXI əsrin ən təhlükəli xəstəliyi olan QİÇS-dən qorumaqdır.

   İki ay müddətində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında həyata keçiriləcək layihə çərçivəsində mövzu ilə bağlı kampaniyalar təşkil olunacaq, gənclərə yaşadıqları icmada təbliğat işini davam etdirmək üçün xüsusi məlumatlar veriləcək. Eyni zamanda, iştirakçılara maarifləndirici buklet, stiker və digər vəsaitlər paylanılacaq.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 12.