Gəncə-Qarabağ tarixindən səhifələr

 

   AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlunun bu günlərdə “Gəncə-Qarabağ əyaləti tarixinə dair Sultan hökmləri (1727-1730)” adlı yeni kitabı işıq üzü görüb. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Vasif Quliyev, rəyçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli, Bəhram Məmmədli və Mahal Qacardır.

   Beş bölmədən ibarət olan kitabda Gəncə-Qarabağ tarixinin mühüm mərhələsinə işıq tutan sənədlərdən - Osmanlı sultanının hökmlərindən bəhs edilir. Xatırladaq ki, sözügedən dövrdə Gəncə-Qarabağ əyaləti Osmanlı hakimiyyəti altında olub. Tədqiq edilən sənədlər Gəncə-Qarabağ əyalətinin siyasi tarixini, sosial-iqtisadi münasibətlər sistemini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyəti Başbakanlık Arxivindən əldə olunmuş materiallar əsasında tərtib edilən kitab elmi araşdırıcılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 12.