Xarici diplomatlar üçün mədəni irs turları

 

   MirasMədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi may ayından ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün qədim Ağsu şəhər yerində yaradılmış arxeoloji turizm kompleksinə mədəni irs turu layihəsinə başlayıb.

   Tur çərçivəsində səfirlik nümayəndələri Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə yanaşı, QobustandaDiri Baba” türbəsi Şamaxıda tarix-diyarşünaslıq muzeyinə baş çəkmək, Azərbaycan etnoqrafiyasının zənginlik meyarlarından olan mətbəximizlə tanış olmaq imkanı əldə edirlər. Belə tədbirlər mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, xalqların bir-birinin tarixi, mədəniyyəti incəsənəti ilə tanış olması baxımından mühüm əhəmiyyət daşıyır.

   İlk mədəni irs turunda Özbəkistanın ölkəmizdəki səfiri Şirzod Fayziyev, Tacikistan səfiri Zohir Saidov, səfirlik nümayəndələri ailə üzvləri iştirak edib. Səfər zamanı Azərbaycanın tarixi, Şirvan bölgəsinin qədim abidələri, turizm imkanları diplomatların diqqətinə çatdırılıb.

   Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu seyrəngahında səfirlərlə görüşərək, onlara son zamanlar rayonda görülən abadlıq quruculuq işləri haqqında məlumat veriblər. Daha sonra qonaqlarAz-Granatameyvə şirəsi zavodunda istehsal prosesi məhsullarla tanış olublar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 9.