Azərbaycan ailəsi” film festivalının yubileyi

 

   Mayın 22-də Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) BMT-nin Əhali Fondunun birgə layihəsi əsasında təşkil olunanAzərbaycan ailəsi” film festivalının yubiley mərasimi keçirilib.

   Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova artıq beşinci dəfə keçirilənAzərbaycan ailəsi” film festivalının ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb. Bildirilib ki, layihənin əsas məqsədi ailə institutunu möhkəmləndirmək, cəmiyyətdə ailənin nüfuzunu yüksəltmək, milli ailə dəyərlərini təbliğ etmək yaşatmaqdır. Festival sənətdə ilk addımlarını atan gənc rejissorların öz istedadlarını yaradıcılıq imkanlarını nümayiş etdirmələri üçün gözəl məkandır.

   İctimai Televiziya Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil QuliyevAzərbaycan ailəsi” film festivalının beynəlxalq status aldığını diqqətə çatdıraraq layihədə bir sıra ölkələrin istedadlı gənc rejissorlarının iştirak etdiyini deyib.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova hər il olduğu kimi, bu il festivala maraqlı işlərin təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, televiziya filmlərinə böyük maraq var film çəkilərkən daha çox müsbət, ümidverici mövzulara müraciət olunmalıdır. Yerli cizgi filmlərinin sayı az olduğu üçün animasiya filmlərinin istehsalına geniş yer verilməlidir.

   Sonda münsiflər heyəti tərəfindən seçilmiş “Ən yaxşı film”, “Ən yaxşı xarici film”, “Ən yaxşı sosial çarx” nominasiyaları və nazirliklərin fəaliyyət istiqamətlərinə uyğun seçilmiş filmlər üzrə qaliblər mükafatlandırılıb.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 5.