Teatr əməkdaşlığı” layihəsi davam edir

 

   Britaniya Şurasının (British Council) Azərbaycan nümayəndəliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Teatr əməkdaşlığı” layihəsi davam edir.

   Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən ikinci təlim keçirilir. Azərbaycan teatrlarında fəaliyyət göstərən işıqlandırma dizaynerləri üçün nəzərdə tutulmuş təlim mayın 24-də yekunlaşacaq.

   Britaniyalı mütəxəssisin işıqlandırma dizaynerləri üçün ilk təlimi fevralda Gənc Tamaşaçılar Teatrında keçirilib. Layihənin məqsədi müəyyən qrup gənc aktyor və səhnəarxası heyətin bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 3.