Ölkəmizin turizm imkanları Varşava sərgisində

 

 

Noyabrın 28-də Polşanın paytaxtı Varşavada «TTWARSAW-2013» adlı turizm sərgisi açılıb. Noyabrın 30-dək davam edəcək tədbirdə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Varşava şəhərinə ezam olunub. Sərgidə Azərbaycanın "Geo-travel", "Regea travel", "Heritage travel" "Qafqaz travel" turizm şirkətləri təmsil olunur.

Sərgidə turizm imkanlarımızın nümayiş etdirilməsi üçün 26 kvadratmetrlik lövhə qurulub. Turizm imkanlarımız haqda ingilis rus dillərində hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə təqdim ediləcək.

Qeyd edək ki, ölkəmiz Polşada keçirilən beynəlxalq turizm sərgilərinə dəfələrlə qatılsa da, «TTWARSAW-2013» sərgisində ilk dəfə təmsil olunur.

 

 

Fəxriyyə

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.6.