Sazın-sözün sehrində

 

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə aşıq Rza Qobustanlı adına mədəniyyət evində ustad aşıq Xanmusa Musayevin anadan olmasının 85 illiyinə həsr edilmişSazın-sözün sehrindəmövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun ustad aşığa təbrik məktubu oxunub.

Mərasimdə çıxış edən ədəbiyyat, incəsənət xadimləri, aşığın dostları, yetirmələri onun sənətə sevgisindən danışıblar. Bildirilib ki, Şirvan aşıq məktəbinin layiqli davamçısı, neçə-neçə şagirdlər yetirmiş Xanmusa Musayev saz ifaçılığı səsi ilə xalqın rəğbətini qazanıb. Tədbirdə ustad aşığın şagirdlərinin ifasında el havaları səsləndirilib.

 

 

Mədəniyyət. - 2013. – 29 noyabr. - S.3.