Azərbaycanlı bəstəkarın əsəri TÜRKSOY-un yubiley konsertində

 

Oktyabrın 1-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyi münasibətilə qurumun mənzil-qərargahının yerləşdiyi Ankara şəhərində təntənəli konsert proqramı təqdim edilib. TÜRKSOY-a üzv ölkələrin tanınmış sənətçilərinin çıxış etdiyi konsert Türkiyənin Prezident Simfonik Orkestrinin zalında təqdim olunub.

Konsert proqramına Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun Türk şöleni uvertürası da daxil edilib. Bəstəkar bu əsəri TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə yazıb.

Oktyabrın 2-də TÜRKSOY-un baş katibliyində üzv ölkələrin nazirlərinin iştirakı ilə qurumun Daimi Şurasının toplantısı keçiriləcək.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 2.