Doğma ocaq üçün daha bir mükafat

 

Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun Doğma ocaq sənədli filmi növbəti dəfə mükafat qazanıb. Ekran əsəri Sankt-Peterburqda keçirilən İnsanlara ismarıc 23-cü beynəlxalq kinofestivalında Ən yaxşı tammetrajlı sənədli film mükafatına layiq görülüb. Festivalda 33 ölkədən 100-dən artıq film nümayiş olunub.

Azərbaycanın Sinema evi və Rusiyanın DS film studiyalarının müştərək istehsalı olan film iki ölkənin nazirliklərinin dəstəyi ilə Tovuz rayonun Köhnəqala kəndində çəkilib. Ekran əsəri indiyədək bir sıra festival və müsabiqələrdə uğur qazanıb, bu günlərdə Vyanada LET'S CEE festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 2.