Arşın mal alan Qazaxıstanın daha bir şəhərində nümayiş etdirilib

 

Qazaxıstanın Atırau Vilayət Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və Arşın mal alan operettasının 100 illik yubileyi münasibətilə bu ölməz əsərin tamaşası olub.

Tamaşanın rejissoru Qazaxıstanın Xalq artisti Tunquşbay Jamankulov Al-Tarazidir. Əsər vilayətdəki Novruz Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Eldar Əhmədov və adamı Bəhruz Qurbanovun dəstəyi ilə hazırlanıb.

Vilayət hakimiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvlərinin izlədiyi tamaşa anşlaqla keçib, aktyorların ifası alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 4.