Oğuzda Dünya Turizm Günü

 

Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə Oğuzdakı Mədəniyyət mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirildi. Oğuz gözəl turizm məkanıdır adlı tədbiri mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova açaraq rayonumuzun özəlliklərindən, eləcə də tədbirin məramından danışdı.

Son illər rayonumuzda baş verən yeniliklər göz önündədir. Bu diyara səyahət edən turistlərin sayı da artmaqdadır. Hazırda Oğuz şəhərində müasir standartlara cavab verən 5 ulduzlu hotelin, eləcə 4 mehmanxananın fəaliyyəti turizmin inkişafına təkan verir. Bundan əlavə, 14 istirahət mərkəzinin fəaliyyəti rayonumuza turistlərin marağını xeyli artırıb.

Tədbirdə həmçinin əl işlərindən sənətkarlıq nümunələrindən ibarət sərgi, Oğuzun qədim xalçalarının məişət əşyalarının nümayişi, kulinariya müsabiqəsi təşkil edilmişdi. Müsabiqədə mürəbbələr, şirniyyatlar, şirələr özəl yeməklərimiz münsiflər tərəfindən qiymətləndirildi, qaliblərə hədiyyələr təqdim olundu.

Qəsidə Hüseynova,

 

Oğuz rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 6.