Avropanın kitabxana rəhbərləri Moskvada görüşəcək

 

Xəbər verdiyimiz kimi, sentyabrın 24-25-də Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri çərçivəsində Bakıdakı Park İnn hotelində Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü keçirilib. Milli Kitabxanadan verilən məlumata görə, iclasın sonunda CENL-in növbəti, 28-ci görüşünün gələn il Moskva şəhərində keçirilməsi qərara alınıb. İclasda həmçinin CENL-in növbəti prezident və icraçı komitəsinin seçkiləri təxminən il yarım müddətinə təxirə salındığı bildirilib. 2017-ci il üçün görüşün Türkiyədə keçirilməsi təklifinə baxılacağı elan olunub. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov CENL-in 32-ci görüşünün 2018-ci ildə Azərbaycanda keçirilməsi təklifini irəli sürüb.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 10.