Talelərə yazılan musiqi

 

Yazıçı-publisist Zöhrə Əsgərovanın Yazıçı nəşriyyatında çapdan çıxmış Talelərə yazılan musiqi adlı kitabı Xalq artisti Kərim Kərimovun həyat və yaradıcılığından bəhs edir. Kitab ölməz sənətkarımız Bülbülün Kərim Kərimova verdiyi tövsiyə ilə başlayır. Qeyd olunur ki, Kərim Kərimov gözəl səsə malik olsa da, musiqi nəzəriyyəçisi, dramaturq, rejissor kimi Azərbaycanın mədəniyyət sahəsində özünəməxsus yer qazanıb. Neçə-neçə gənc istedadın üzə çıxmasında böyük zəhməti olub, yaradıcılığında ən məhsuldar illər Azərbaycan RadioTeleviziya Komitəsində musiqi verilişləri şöbəsinin baş redaktoru olduğu dövrə təsadüf edib.

Kitab adamı, memar Melih Yerlikayanın təşkilatçılığı ilə nəşr edilib. Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova kitaba ön söz yazıb.

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 10.