Ekoloji mədəniyyət və ətraf mühitin qorunması

 

Belarusun paytaxtı Minskdə MDB ölkələri alimlərinin Ekoloji mədəniyyət və ətraf mühitin qorunması mövzusunda VIII forumu keçirilib. Tədbirdə ölkəmizi bir neçə nazirlik və dövlət qurumlarının nümayəndələrindən ibarət heyət təmsil edib.

AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Roida Rzayeva forum çərçivəsində Belarus Milli Elmlər Akademiyasının rəyasət heyətində keçirilmiş Mədəniyyətlər dialoqu və MDB ölkələrinin humanitar əməkdaşlığı: tarixi təcrübə, inteqrasiya yolları seksiyasında Postsovet məkanı: ümumi meyllər mədəniyyətlərin dialoqunun və MDB ölkələrinin humanitar əməkdaşlığının reallaşdırılması və inkişafı üçün platforma kimi mövzusunda məruzə ilə çıxış edib.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 4.