“Yayın rəngləri”

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Art Group” qalereyasının təşkilatçılığı ilə gənc rəssam Leyla Mehdiyevanın “Yayın rəngləri” adlı ilk fərdi sərgisi açılıb.

   Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Əməkdar rəssam Tahir Məmmədov çıxış edərək gənc rəssamın yaradıcılığını yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar.

   Rəssamın müəllimi İnna Kostina da öz növbəsində tələbəsinin sənət nümunələri haqqında söz açıb, sərgi münasibətilə onu təbrik edib.

   30-a yaxın əsərin nümayiş olunduğu sərgi oktyabrın 4-də başa çatacaq.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 5.