Sirli bənövşənin təqdimatı

 

Beynəlxalq Mətbuat Mərkəzində Aydınlığa doğru milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Ziyalı ünsiyyəti layihəsi çərçivəsində növbəti görüşdə Sirli bənövşə filminin təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Yaddaş studiyasında çəkilmiş filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadədir.

İctimai Birliyin sədri Solmaz Əmirli görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr edilmiş sənədli filmin bədii xüsusiyyətlərindən və yaradıcı heyətindən söhbət açıb.

32 dəqiqəlik filmin ssenari müəllifləri Əməkdar incəsənət xadimi Sara OğuzŞamil Nəcəfzadə, bəstəkarı Cahangir Zülfüqarov, operatoru Nizami Abbasdır.

Film rus ingilis dillərinə tərcümə edilib. Görüş iştirakçıları film haqqında fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 5.