Mən səni sevirəm

 

Mingəçevir teatrında yeni mövsüm

 

Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü açıb. Teatrın direktoru Həsən Həsənov bu münasibətlə tədbir iştirakçılarını təbrik edib, sənət ocağının tarixindən söz açıb. Bildirilib ki, 1969-cu ildə C.Cabbarlının Almaz pyesi ilə fəaliyyətə başlayan teatrın repertuarında Azərbaycan dramaturgiyasının nümunələri, eləcə tanınmış rus dünya yazıçılarının əsərləri yer alıb. Teatr bir neçə dəfə respublika müsabiqəsinin iştirakçısı qalibi olub.

Sonra tamaşaçılara yazıçı-dramaturq Əli Əmirlinin Mən səni sevirəm pyesi əsasında eyniadlı ikihissəli lirik komediya təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Əsas rolları Afət Əliyeva, Ella Yaqubova, Fəridə Məmmədova, İlqar Rəhimov Ceyhun Əhmədov oynayıb. Məktəb həyatından, gənclərin cəmiyyətdə baş verən hadisələrə münasibətindən bəhs edən tamaşa anşlaqla keçib.

Yaxın günlərdə teatrın kollektivi balaca tamaşaçılara Abdulla Şaiqin Tıq-tıq xanım tamaşasını təqdim edəcək.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 7.