Almaniya telekanalında Azərbaycan haqqında sənədli film

 

Almaniyanın 3sat telekanalında tarixi İpək Yolu başlıqlı silsilə verilişlər sırasında Azərbaycan haqqında sənədli film yayımlanıb.

Tarixi İpək Yolunun keçdiyi ölkələrin tarixi-mədəni irsi bu günündən bəhs edən layihənin müəllifi Peter Qizlinq Azərbaycanda gördüklərini lakonik şəkildə belə ümumiləşdirib: Əsrarəngiz xalçaları, müalicəvi neft vannaları, böyük xammal ehtiyatı, məcburi köçkünləri maraqlı məhəbbət əfsanələri olan ölkə.

Azərbaycana telesəyahət Şəki şəhərindən başlayır. Filmdə İpək Yolunun üzərində yerləşən Şəkinin tarixi abidələri, xalçaçılıq ənənələri, məşhur ipək fabriki haqqında söhbət açılır.

Çəkiliş heyətinin növbəti dayanacağı Naftalan olub. Filmdə şəhərdəki müalicə kompleksindən bəhs olunur, Naftalan neftinin revmatizm, artrit psoriaz xəstəliklərinə qarşı effektli müalicə vasitəsi olduğu xüsusi vurğulanır.

Filmin yaradıcı heyəti paytaxt Bakıda da çəkilişlər aparıb. Tamaşaçılara şəhərin görməli yerləri, tarixi-mədəni məkanları, sürətli inkişafı müasir görünüşü haqqında məlumat verilir.

 

Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 8.