Azərbaycan - tolerantlıq məkanı

 

Xəbər verdiyimiz kimi, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan - tolerantlıq məkanı mövzusunda fotosərgi keçirilib.

Bir həftə davam edən sərgidə Heydər Əliyev Fondunun Azərbaycan - tolernatlıq ünvanı layihəsi çərçivəsində ölkəmizə dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli soydaşımız, fotoqraf Rza Diqqətinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş olunub.

Sərgi çərçivəsində Nyu-Yorkun məşhur Times Square meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: Azərbaycan - tolerantlıq məkanı Rza Diqqətinin təqdimatında yazısı əks etdirilib.

Times Square meydanı Nyu-York şəhərinin hər gün yüz minlərlə turistin ziyarət etdiyi ən məşhur yerlərindən biridir. Bu, müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən ilk sərgidir.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 2.