Doğma ocaq növbəti mükafata layiq görülüb

 

Tula şəhərində keçirilən Rusiya ilə görüş beynəlxalq kinofestivalında azərbaycanlı rejissor Rodion İsmayılovun Doğma ocaq sənədli filmi mükafata layiq görülüb. Festivalda 30 ölkədən 60-dan artıq aktual mövzulu bədii və sənədli film, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunub. İndiyədək bir sıra kino müsabiqələrində mükafat qazanan Doğma ocaq filminin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir, burada azərbaycanlı qohumlarının mədəniyyəti və adət-ənənələri barədə çox şey öyrənmək istəyir. Onun Azərbaycanla ilk tanışlığı sənədli filmin süjet xəttini təşkil edir.

Azərbaycanın Sinema evi və Rusiyanın DS film studiyalarının müştərək istehsalı olan film iki ölkənin müvafiq nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 2.