Heyvanlaruşaqlar küçələri zəbt ediblər”

 

İngilis teatrının tamaşası Bakı səhnəsində

 

Oktyabrın 8-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində Böyük Britaniyanın “1927” teatr şirkətinin “Heyvanlaruşaqlar küçələri zəbt etdilər” tamaşasının Bakıda nəzərdə tutulmuş nümayişi ilə bağlı mətbuat konfransı keçirildi.

Konfransda bildirildi ki, səhnə əsərinin nümayişi Böyük Britaniyanın mədəni əlaqələr və təhsil sahəsində əməkdaşlıq təşkilatı olanBritish Council”ın Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşir.British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri xanım Elizabet Vayt qeyd etdi ki, qurum çoxsaylı mükafatlara layiq görülmüş tamaşanı böyük məmnuniyyətlə Bakı tamaşaçılarına təqdim edir. Tamaşa oktyabrın 11-də saat 19:00-da, oktyabrın 12-də isə saat 14:00 və 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunacaq.

Qeyd olundu ki, “British Council”ın Azərbaycanda fəaliyyətə başlamasından 20 il keçir. Bununla əlaqədar ölkəmizdə bir sıra tədbirlər, o cümlədən tamaşalar, konsertlər təşkil olunacaq. British Council” təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyi arasındakı sıx əməkdaşlıqdan söz açan Elizabet Vayt bildirdi ki, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Teatr əməkdaşlığı” layihəsi azərbaycanlı gənc aktyorların və səhnəarxası heyətin peşəkar bilik və bacarıqlarının gücləndirilməsinə istiqamətlənib. Belə layihələr Azərbaycan teatrının dünyaya inteqrasiyasına kömək edir.

Tamaşanın direktoru Stiv Uotlinq öz növbəsində bildirdi ki, səhnə əsərini təqdim etməklə yanaşı, Azərbaycan teatrları ilə əlaqələr qurmaq istəyirlər. Bildirildi ki, müəllifi və quruluşçu rejissoru Syuzan Endreyd olanHeyanlaruşaqlar küçələri zəbt etdilər” tamaşası dünyanın bir çox məşhur teatrlarında uğur qazanıb və Bakıdan öncə Tbilisidə göstərilib. Tamaşa indiyədək böyük teatr festivallarında və Birminhemdən Pekinədək bir çox dünya teatrlarında nümayiş etdirilib.

Tamaşanın aparıcı aktyorlarından biri, eyni zamanda bəstəkar Lilian Henli qeyd etdi ki, qastrolda olduğu ölkələrin hər birinə ayrılıqda bir musiqi kompozisiyası bəstələyir və bu kompozisiya həmin ölkənin tamaşaçılarının əsərə baxarkən yaşadığı təəssüratı özündə əks etdirir. Kollektiv Bakıda da belə bir xüsusi kompozisiya təqdim edəcək.

O da nəzərə çatdırıldı ki, yaradıcı heyət Tbilisidə olarkən əcnəbi prodüserlərdən birindən üç ölkə aktyorlarının ifasında “Əli və Nino” tamaşasının birgə səhnəyə qoyulması təklifini alıb. Syuzan Endreyd ümidvar olduğunu bildirdi ki, Azərbaycan tərəfinin də bu layihəyə marağı olacaq və birgə əməkdaşlıq üçün yeni layihələr irəli sürüləcək.

Aktyor Elenor Buxan qeyd etdi ki, “1927” teatr şirkəti 2006-cı ildə yaradılıb və yaradıcı heyət 10 nəfərdən ibarətdir. Bu səbəbdən tamaşalarda 3-4 aktyor bir neçə obrazı yaradır. Aktyorlar bunun daha maraqlı olduğunuaktyorun gücünü sübut etdiyini bildirdilər. Şirkətin adına gəldikdə isə, 1927-ci ildə dünyada kinoteatr sahəsində bir çox yeniliklər baş verdiyi üçün məhz bu ad seçilib.

Tamaşanın süjet xətti haqqında məlumat verən yaradıcı heyət bildirdi ki, hadisələr şəhərin bir küncündə yerləşən, qorxu və həyəcan hissi yaradan, qonşuları güdən, dələduzlar məskəni olan, kasıbçılıqdan heç zaman yaxası qurtulmayan məhəllədə baş verir. Aqnessa İvz və qızı İvinin bu məhəlləyə gəlişi çarəsiz məhəlləyə ümid gətirəcəkmi, yoxsa əsl vahimə hələ bundan sonra başlayacaq? Tamaşada qüsursuz sinxronlaşdırılmış canlı musiqi, aktyor ifası, rəvayət və təəccübləndirici filmanimasiya elementlərinin birləşməsi sayəsində beynəlxalq hitə çevrilmiş bir nağıl yaranır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 4.