“Şəhriyarın söz çeşməsi”

 

Naxçıvan Dövlət Universiteti və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulluğunun Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “Şəhriyarın söz çeşməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Universitetin rektoru professor Saleh Məhərrəmov tədbiri açaraq Məhəmmədhüseyn Şəhriyarı nəinki XX əsr Yaxın Şərq, həmçinin dünya poeziyasının görkəmli nümayəndəsi adlandırıb, onun yaradıcılığının tədqiq və təbliğ olunmasının əhəmiyyətindən danışıb.

Görkəmli şairin həyat və yaradıcılığından bəhs edən filmə baxışdan sonra İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli ustad şairin çoxcəhətli yaradıcılığından bəhs edib.

Konfransda Azərbaycan ədəbiyyatşünasları ilə yanaşı, İranın Poldəşt şəhərinin Payame Nur və Hadişəhər Azad İslam universitetlərinin alimləri də iştirak ediblər.

Sonda universitetin tələbələri M.Şəhriyarın “Heydər babaya salam” poemasını səsləndiriblər.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 5.