Gəncədə Məhsəti Gəncəvinin yubileyinə hazırlıq davam edir

 

Bu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 illik yubileyi respublikamızda, eləcə də UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd olunur. Şairənin doğma vətəni Gəncədə də yubileyə geniş hazırlıq işləri görülür.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib ki, Misirin İsgəndəriyyə Kitabxanasından, digər xarici ölkə kitabxanalarından çoxlu sayda əlyazma, miniatür, şairə haqqında yazılan kitablar gətirilib. Bundan əlavə, britaniyalı şərqşünas-alim Pol Smitin Məhsəti Gəncəvi haqqında 6 monoqrafiyası Gəncəyə gətirilərək 4 kitab şəklində ingilis və Azərbaycan dillərində nəşr edilib. Bu əsərlərdə Məhsəti rübailərinin şərhi, şairənin yaşadığı dövr, bu dövrdə Gəncə tarixindən maraqlı oçerklər verilib. Şairənin yubileyinə hazırlıq işləri çərçivəsində Məhsəti Muzeyində də tamamlanma işləri görülür.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 6.