Mənim məhəbbətim Azərbaycan!

 

Riqa Pedaqoji Cəmiyyətində latviyalı fotorəssamların işlərindən ibarət Mənim məhəbbətim Azərbaycan! adlı sərgi keçirilib. Tədbirdə çıxış edən latviyalı foto ustaları, mədəniyyət xadimləri dünyanın sürətlə inkişaf edən şəhərlərindən biri olan Bakının memarlığı və bənzərsiz koloriti haqqında təəssüratlarını bölüşüblər.

Latviya prezidenti yanında Milli Azlıqların Məsələləri üzrə Məşvərət Şurasının sədri, pedaqoji elmlər doktoru Roman Əliyev Azərbaycanın sürətli iqtisadisosial inkişafı barədə danışıb, ölkəmizin Avropa ilə iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsində maraqlı olduğunu diqqətə çatdırıb. Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 12.