Oxucular arasında şeir müsabiqəsi

 

Oktyabrın 10-da Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası və filiallarında oxucular arasında şeir müsabiqəsinin birinci turu başlanıb.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, seçim turunda iştirak edən şagirdlər 10 ballıq sistemlə qiymətləndirilib və ən yaxşı şeir söyləyən məktəbli oxucular ikinci tura vəsiqə qazanıblar.

Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin oxucuları arasında şeir müsabiqəsi Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunub. Müsabiqənin əsas məqsədi istedadlı uşaqları aşkarlamaq, mütaliənin və doğma dilimizin təbliği, kitabxanalara ictimai marağın artırılmasıdır.

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 3.