“Qasım bəy Zakir və müasirləri”
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun
“Qasım bəy Zakir və müasirləri”
kitabı “Elm və təhsil” nəşriyyatında
çapdan çıxıb. Əlyazma mənbələri
əsasında yazılan, yeni faktlarla zəngin olan nəşrdə
şairin həyat və yaradıcılığı, Cəfərqulu
xan Nəva, Mirzə Fətəli Axundzadə
və digər müasirləri ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi
mühit haqqında fikirlər yer alıb, indiyədək çap
olunmamış bir sıra şeirləri oxuculara təqdim edilib.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 7.