“Əlabbas Müznib. Türkcə qəzəllər”
kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər
Akademiyasının Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə
Gəncəlinin tərtib etdiyi “Əlabbas
Müznib. Türkcə qəzəllər”
antologiyası “Elm və təhsil” nəşriyyatında
çapdan çıxıb. İnstitutdan bildiriblər ki,
ilk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində
çapdan çıxmış bu əsərdə Azərbaycan, Türkiyə,
Orta Asiya klassiklərinin
şeirləri toplanıb. Nəşrin redaktoru
Arif Ramazanov, “Ön söz”ün müəllifi isə filologiya
elmləri doktoru Paşa
Kərimovdur.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 7.