“Arzuların yeni gülşən bağı”
Virtual aləmdə
yaranan məhəbbət
haqqında dastan
İranda “Arzuların yeni gülşən bağı” dastanı ərəb
qrafikalı əlifba ilə Azərbaycan dilində çapdan çıxıb. Kitab
müasir məhəbbət dastanı olmaqla bərabər, digər dastanlardan
iki müəllif tərəfindən qələmə
alınması ilə seçilir. Dastan İran ədəbi mühitində geniş tanınan Süsən Nəvade Rəzi
və Əkbər Həmidi Əlyar tərəfindən
yazılıb. Əsərin qəhrəmanları Pəri və
Elyar internetdə tanış olsalar da, real
həyatda bir-birlərini görmürlər. Lakin qarşılıqlı yazışma
onların arasında ülvi bir məhəbbət yaradır. Virtual dostlar
qarşılıqlı ehtiramlarını, tükənməz
sevgi və məhəbbətlərini, arzu və istəklərini aşiqanə şəkildə
poetik dildə tərənnüm edirlər.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 7.