Qurban bayramı münasibətilə turlar təşkil edilib

 

Qarşıdan dünya müsəlmanlarının müqəddəs Qurban bayramı gəlir. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri bir sıra xarici daxili turlar təşkil ediblər.

Turizm.az şirkəti Qurban bayramı ilə əlaqədar Azərbaycanın bir neçə turizm potensiallı regionlarına səfərlər təklif edir. Şəki şəhərinə reallaşdırılacaq tur 19-20 oktyabr tarixlərində baş tutacaq. Turun qiyməti 88 manatdır. Buraya yol xərci, səhər, nahar şam yeməkləri, İSSAM hotelində gecələmək, ekskursiyalar, fotosessiya daxildir.

Tur iştirakçıları üçün Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəki rayonu ərazisindəki bir sıra tarixi-mədəni abidələrə - Şəki Xan Sarayı, Aşağı Yuxarı karvansaralar, Kiş kəndindəki qədim alban kilsəsi, Kiş çayının sahilində, Qaratəpə dağının zirvəsində Gələrsən - görərsən qalasının xarabalıqlarına ekskursiya təşkil ediləcək.

Şirkət tərəfindən daha bir tur Qəbələ şəhərinə təşkil edilir. Oktyabrın 15-də nəzərdə tutulan birgünlük turun qiyməti 25 manatdır. Bu qiymətə nəqliyyat xidməti, qəlyanaltı, nahar yeməyi, intellektual, əyləncəli idman oyunları, o cümlədən Yeddi Gözəl şəlaləsinə, Nohur gölünə səyahət, Qəbələnd əyləncə mərkəzində istirahət daxildir.

Bayram münasibətilə təşkil edilən turlardan biri Masallı-Yardımlı turudur. 26 manat qiyməti olan tur oktyabrın 16-da gerçəkləşəcək. Səyahət həvəskarlarını Cənnət bağı istirahət mərkəzində nahar yeməyi, İstisu ərazisində gəzinti gözləyir.

Şirkət bayram günlərində Dubaya da turlar təklif edir. Qiyməti 285 manatdan başlayan turlarda iştirakçılar öz ciblərinə uyğun olaraq müxtəlif ulduzlu hotellərdə qala bilərlər. 3 gecə 4 günlük turlar üçün təklif edilən qiymətlərə təyyarə ilə gediş qayıdış, nahar yeməyi, hoteldə gecələmə, aeroportdan qarşılanma yolasalma daxildir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 9.