Yekaterinburqda ölkəmizə həsr olunmuş sərgi

 

Oktyabrın 16-da Yekaterinburq şəhər kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilib.

Layihə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, ölkəmizin Yekaterinburqdakı baş konsulluğuYekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilib.

Ekspozisiyada respublikamızın həyatının müxtəlif sahələrini əks etdirən nəşrlər, videomateriallar və CD-lər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablars. nümayiş olunub. Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd edib ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsidir. O, respublikamızla vilayət arasında iqtisadihumanitar sahələrdə münasibətlərin inkişafından danışıb. Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş layihələrdən söz açıb.

Açılış mərasimində RF Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış ediblər. Tədbir iştirakçılarına milli suvenirlərimiz təqdim edilib.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 3.