Cənubi Afrika Respublikasında keçirilən yarmarkada Azərbaycan guşəsi

 

Ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkənin Yohannesburq şəhərində Türk İş Adamları Birliyi tərəfindən təşkil olunmuş yarmarkada iştirak edib. Səfirlikdən verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkanın əsas məqsədi CAR-da fəaliyyət göstərən türkiyəli adamlarının, təhsil ocaqları nümayəndələrinin bir araya yığışaraq gördükləri işləri nümayiş etdirmək və ümumilikdə türkdilli xalqların mədəniyyətini təbliğ etməkdir.

Azərbaycan səfirliyi artıq ikinci dəfədir ki, həmin yarmarkada iştirak edir. Səfirlik üçün ayrılmış bölmədə ölkəmizin tarixinimüasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun nəşrləri, xalçalar, kitablar, milli mətbəximizin və mədəniyyətimizin nümunələri sərgilənib. Guşədə 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş УCAR-da Azərbaycanın dostlarıФ təşkilatının da təbliğat materialları yer alıb. Ziyarətçilərə Azərbaycan haqqında məlumat kitabçaları və yeni yaranmış təşkilatın bukletləri, milli suvenirlər paylanıb.

Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov УTürk Hava YollarıФ şirkətinin təşkil etdiyi xeyriyyə lotereyasında iştirak edibyerli KİV-ə ölkəmizlə bağlı müsahibə verib. Səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupunun ifası yarmarkanın ziyarətçilərində böyük maraq doğurub.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 10.