Kitabxanalarımıza dövlət qayğısı

 

Ölkəmizdə mədəniyyətin bütün sahələri ilə yanaşı, kitabxana işi sahəsində də uğurlu islahatlar aparılır. Kitabxanaların modernləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşr edilməsi haqqında ölkə Prezidenti tərəfindən mühüm sərəncamlar imzalanıb.

Aparılan islahatlar paytaxtın Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) də öz müsbət nəticələrini verir. Kitabxana fondunun zənginləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. 2013-cü ilin birinci yarısı MKS üçün uğurlu olub. Yanvar-iyun aylarında kitabxanamız hədiyyə olaraq 553 nüsxə kitab almışdır. KitabxanaMüasir dünya ədəbiyyatı”, “Klassik dünya ədəbiyyatı” və “Nobel mükafatı laureatları” silsiləsindən 45 adda kitab alaraq oxucuların istifadəsinə verib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA tərəfindən nəşr olunan “Azərbaycan Respublikasının Qırmızı Kitabı” kitabxanamıza hədiyyə edilmişdir.

Oxucularımızı vaxtaşırı yeni alınan ədəbiyyatlarla tanış edir, onların sifarişlərini vaxtında yerinə yetirməyə çalışırıq. Kitabxanada görkəmli şəxsiyyətlərin yubileyləri, müxtəlif görüşlər keçirilir.

 

Təranə Heydərova,

 

Yasamal rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 12.